
Çiyələkli dondurmanı belə hazırlamısız? - Usta öz sirlərini açır - Lent.az-ın mətbəxi
Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə mətbəximizdə sosial şəbəkədə "Bizim Mətbəxdən" adı ilə məşhur olan usta sizə çiyələkli dondurmanın xüsusi hazırlanma üsulunu təqdim edir:
Çiyələkli dondurmanın hazırlanması.
İçindəkilər
Qaymaq 1 stəkan (275ml)
Qatılaşdırılmış süd 1 banka
Çiyələkli krem şanti 1paket (icərisindəki 2 bağlamanın hamısı)
Çiyələk 250 qr
Hazırlanması:
Əvvəlcə çiyələkləri yaxşıca yuyub blenderdən keçiririk. Əzdiyimiz meyvəni soyuq qalması üçün soyuducuya qoyuruq. Sonra bir qab götürüb qaymağı əlavə edib bərkiyənə qədər qarışdırırıq və qatılaşdırılmış südü əlavə edib bir neçə dəqiqə çalırıq. Daha sonra krem şantini qatırıq bir az qarışdırıb əzilmiş çiyələkləri tökürük və məhsulları birlikdə bərkiyənə qədər qarışdırırıq. Dondurmanın artıq bərkidiyini hiss etdikdə qaba yığıb soyuducuya qoyuruq. 3-4 saat sonra soyuducudan çıxarıb qablara servis edə bilərsiz.
Onuda qeyd edək ki, məhsulu hazırlamaq üçün istifadə etdiyimiz qabı, qaymağı və mikserin başlıqlarını əvvəlcədən 20-25 dəqiqə soyuducuda saxlayırıq.
Hazırlayan hər kəsə nuş olsun!
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21