Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə daha bir müəmmalı status yazıb. Lent.az-ın məlumatına görə, rəqqasə fotosunu paylaşaraq, bu sözləri qeyd edib: “İçimdəki acıları ömürlük dənizə atıram. Nankor insanları da birdəfəlik silirəm. Məni sevən ailəmə sonsuz təşəkkür edirəm. Əsasən də, anama. Başımın tacı, mənə güc verən, anam. Şükür, Allahım”.
Qeyd edək ki, Fatimə son vaxtlar depresiv statuslar yazır.