
Bu il TANAP-la Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql ediləcək
Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə 2019-cu ildə “Şahdəniz” yatağından Türkiyəyə qaz tədarükü 3 mlrd. kubmetr təşkil edəcək.
ONA-nın məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanov deyib.
Onun sözlərinə görə, 2019-cu ilin iyun ayının sonunadək TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının ümumi həcmi təxminən 1,8 mlrd. kubmetrə çatdırılacaq, lakin cari ilin sonunadək isə bu göstərici 3 mlrd. kubmetrə çatdırılacaq.
Z.Qəhrəmanov onu da bildirib ki, 2020-ci ildən etibarən Türkiyənin qaz ehtiyaclarının 12%-ni əhatə edəcək TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının illik həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Qeyd edək, 1850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək.
Xatırladaq ki, TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06