![[b]Gürcüstanın nazir müavini: "Növbəti görüş ekspertlər səviyyəsində keçiriləcək"[/b]](https://lent.az/storage/news/2019/may/28/big/35d31cd31b59a711c0f87cd9e60eea78.jpg)
[b]Gürcüstanın nazir müavini: "Növbəti görüş ekspertlər səviyyəsində keçiriləcək"[/b]
0
0
Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının növbəti görüşü ekspertlər səviyyəsində baş tutacaq.
ONA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia deyib.
O bildirib ki, iclasdan öncə həll edilməli olan məsələlər var. "Komissiya toplanacaq və tərəflər bir-birinin mövqeyini müzakirə edəcək. Əsas məqsəd planlaşdırılmamış 14 bölmə üzrə razılaşma əldə etməkdir", - deyə Laşa Darsalia bildirib. Nazir müavini növbəti görüşün bir ay ərzində baş tutacağını bildirib.
0
0