3895
14:29
27 May 2019

Pərviz Bülbülə oğlunun şəklini paylaşıb, bu sözləri yazdı - FOTO

Meyxanaçı Pərviz Bülbülə sosial şəbəkədə oğlu ilə şəklini paylaşıb.

Lent.az -ın məlumatına görə, o fotoya “İsmayıl Bülbülənin nəsə planı var” şərhini qeyd edib.

Qeyd edək ki, P.Bülbülə Lent.az -a açıqlamasında övladları barədə bu sözləri demişdi: "Mənə elə gəlir ki, ata kimi pis ata deyiləm. Hər bir valideynin bütün fikri övladıdır. Bu gün çəkdiyim bütün əziyyətin 95%-i onlar üçündür. Sırf onlara görə əziyyət çəkirəm. Elə şeylər var ki, eləməsəm də olar. Bu həyatda tək özümü düşünmürəm. Ailəmi, uşaqlarımı da düşünürəm. Oğlum indidən əlində mikrofon tutmağa başlayıb. Amma yox, ona demişəm ki, mikrofon olmaz. Elə adam var, deyir, istəyirəm ki, oğlum filan peşənin sahibi olsun. Bu, insanın əlində olan iş deyil. Allahın alın yazısı var. Hər kəsə ana bətnində olanda sehrli çubuğunu vurur ki, sən böyüyəndə filan peşəyə yiyələnəcəksən".