![[b]“Yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq” - Bahar Muradova[/b]](https://lent.az/storage/news/2019/may/24/big/8e507518963d95e751d58c25716f2199.jpg)
[b]“Yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq” - Bahar Muradova[/b]
0
0
“Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından belə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucularını ehtiramla yad etməliyik”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərii ilə görüşdə “Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən Milli Məcisin sədr müavni Bahar Muradova bildirib.
B.Muradova deyib ki, cümhuriyyət qrucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycana parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”.
0
0