Dünya həsrət qalsın zülmə, savaşa – Leyla Əliyeva Azərbaycana şeir yazdı
22 may 2019 22:17 (UTC +04:00)

Dünya həsrət qalsın zülmə, savaşa – Leyla Əliyeva Azərbaycana şeir yazdı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində paylaşıb. Lent.az həmin şeiri təqdim edir.

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan — bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan — pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan — sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

Tərcümə: Baba Vəziroğlu

# 2064
avatar

Oxşar yazılar