![[b]Azərbaycanlı müğənnini döyənin kimliyi BƏLLİ OLDU[/b]](https://lent.az/storage/news/2019/may/22/big/65bc78eb5638ce166f4a178fbd04fca8.jpg)
[b]Azərbaycanlı müğənnini döyənin kimliyi BƏLLİ OLDU[/b]
Müğənni Kərim Abbasovu döyən şəxs barəsində təhqiqat araşdırmalarına başlanılıb.
Bu barədə ONA-nın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.
Oxşar yazılar

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü
12 iyul 2025 , 04:40
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48