![[b]İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək[/b]](https://lent.az/storage/news/2019/may/20/big/f690bbf103487df3ccd4a4b2b5eec4ce.jpg)
[b]İran prezidenti sabah Naxçıvanla sərhədə gələcək[/b]
İran prezidenti Həsən Ruhani sabah Qərbi Azərbaycan əyalətinə səfər edəcək.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Qərbi Azərbaycan əyalət başçısının müavini Əli Müstəfəvi deyib.
Onun sözlərinə görə, H.Ruhani Maku şəhərində Energetika Nazirliyinin bir neçə layihəsinin açılış mərasimində iştirak edəcək.
Ə.Müstəfəvi deyib ki, prezident H.Ruhani həmçinin Poldəştin Kərimabad su bəndi layihəsinin də açılışında iştirak edəcək.
Prezident Həsən Ruhaninin bir neçə digər layihələrin açılışını videokonfransla həyata keçirəcəyini də deyən Ə.Müstəfəvi prezidentin Maku Azad İqtisadi Zonasına baxış keçirəcəyini söyləyib.
Səfər sabah günorta başlayacaq və axşama kimi davam edəcək.
Qeyd edək ki, Poldəşt şəhəri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16