
Azərbaycan qaziləri Ərdoğanla görüşdülər - FOTOLENT
Azərbaycanın müharibə veteranlarının və hərbiyönümlü QHT təmsilçilərinin Türkiyə Cümhuriyyətinə səfəri davam edir.
Səfər Gənclər və İdman Nazirliyinin və Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün təşkil edilib.
Azərbaycan heyətinə Milli Qəhrəman Vahid Quliyev, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Aprel döyüşlərinin qaziləri, Əfqanıstan müharibəsi iştirakçılarının təmsilçiləri, hərbiyönümlü jurnalistlər və s. daxildir.
Nümayəndə heyəti Türkiyə Prezidenti Administrasiyasının və Samsun Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb. Tədbirdə Azərbaycan nümayəndə heyətinin adından Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edib. O, qardaş ölkənin xalqını bu böyük tarixi gün münasibətilə təbrik edib, Cümhuriyyətin qüdrətli, əbədi və sarsılmaz dövlət kimi daim var olmasını arzulayıb.
Bundan başqa, ölkəmizi təmsil edən nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.
Samsun şəhərində keçirilən iftar mərasimindən sonra Azərbaycan təmsilçiləri prezident Ərdoğanla görüşüblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmlənməsi istiqamətində atdığı addımlara görə prezident Ərdoğana təşəkkürünü bildirib.
Sonra Azərbaycan nümayəndə heyəti adından Türkiyə prezidentinə iki qardaş ölkənin prezidentlərinin birgə portreti və digər hədiyyələr təqdim ediblər.
Görüşlə bağlı Lent.az-a açıqlama verən Emin Həsənli deyib ki, Türkiyə prezidenti ilə belə bir önəmli gündə görüşmək gözəl bir fürsət idi: “Atatürkü anma, gənclik və idman bayramı Türkiyə və bütün türk dünyası üçün önəmlıi bir bayramdır. Belə bir gündə türkiyəli qazi qardaşlarımızla bərabər olmaq üçün böyük bir nümayəndə heyətilə Samsuna səfər təşkil etdik. Burada çox yüksək səviyyədə qarşılanma oldu. Şəhərin Cümhuriyyət meydanında keçirilən bayram törənində iştirak etdik. Törəndə çıxış etdim və Azərbaycan cəmiyyətinin, qazilərinin təbrikini çatdırdım. Sonra Prezident Ərdoğanın verdiyi iftar mərasimində onunla görüşdük və ürək sözlərimizi çatdırdıq, təbrik etdik. Bakıdan apardığımız hədiyyələri şəxsən cənab prezidentə təqdim etdik”.

Oxşar yazılar

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12