Lerikdə itkin düşmüş şəxsin meyiti tapılıb
Lerikdə 4 aydır ki, itkin düşən Tatoni kənd sakininin 1979-cu il təvəllüdlü Abil İsmayılov Rəvvaq oğlunun meyiti tapılıb.
ONA-nın verdiyi məlumata görə, onun cəsədi Mistan kəndi yaxınlığında aşkar edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1391