1073
04:41
17 May 2019

Ərdoğan: “Ən təhlükəli 420 terroristi zərərsizləşdirmişik”

Türkiyə dünyanın ən böyük şəhidliyidir. Şəhidlərimizin ruhunu məyus etmədik, tökülən hər qanın qisasını misliylə aldıq. Sadəcə son 2 il yarım ərzində adları 16 mühüm terroristlər siyahısında olan 420 ən təhlükəli terroristi zərərsizləşdirdik.

ONA -nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti iftar süfrəsindəki çıxışında səsləndirib.

O bildirib ki, Suriyadakı hərbi əməliyyatlarda İŞİD terror təşkılatına endirilən ağır zərbələrdən sonra 3,6 milyon köçkündən 320 mini vətənlərinə dönə bilib:“İndi Suriyanın qərbi bir rahatlıq tapıb. Suriyanın qərbində bir terror dəhlizinə belə heç bir halda izn verməyəcəyik”.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkaridə Yüksəkoba Alandüz bölgəsindəaparılan hərbi əməliyyatlar zamanı PKK-çı terroristlərə məxsus mühüm silah anbarı aşkarlanması haqqında məlumat da yayıb.