![[b]Maliyyə təşkilatları və müştərilər üçün YENİ ELEKTRON PLATFORMA yaradılır[/b]](https://lent.az/storage/news/2019/may/16/big/c7354c3c4a4e0f39cb1f37d3af0dfb0a.jpg)
[b]Maliyyə təşkilatları və müştərilər üçün YENİ ELEKTRON PLATFORMA yaradılır[/b]
“Hazırda həyata keçirdiyimiz əsas layihələrdən biri “Asan Finans” layihəsidir. Bu layihə bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin kağız daşıyıcılardan istifadəsinin minimuma endirilməsidir”.
ONA-nın məlumatına görə, bunu bu gün Elektron Hökumətin İnkişaf Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Elektron hökumətin “fintex”də rolu” mövzusunda çıxışında bildirib.
S.Bayramov deyib ki, bankda müştərilərdən şəxsiyyəti təsdiqləyən sənədin sürəti çıxarılır, surət qovluqda arxivdə saxlanılır: “Bütün bunlar xərc və zaman tələb edir. Elektron Hökumət İnformasiya Sisteminin yaratdığı imkanlardan yararlanmaq üçün “Asan Finans” layihəsi ortaya çıxdı. Məqsəd Elektron Hökumət İnformasiya Sisteminə çıxış yaratmaqla maliyyə təşkilatlarının müştərilərinə xidmət zamanı vaxta, resurslara və xərclərə qənaət etməsinə nail olmaqdır. Məsələn, bizim maliyyə təşkilatlarına verdiyimiz pəncərələr vasitəsi ilə fərdi identifikasiya (FIN) nömrəsi ilə vətəndaşın şəxsiyyəti, iş yeri, məvacibi, dövlət qarşısındakı vəzifələri barədə məlumat əldə oluna bilər. Bizim hesablamamıza görə, bu, xərclərə 4,3 dəfə, zamana 6 dəfə qənaət etmək imkanı yaranır”.
Elektron Hökumətin İnkişaf Mərkəzinin departament rəhbəri qeyd edib ki, bu halda vətəndaş identifikasiya nömrəsi üzərindən müəyyən məlumatların əldə edilməməsini istəyə bilər: “Yaxın günlərdə bu layihə ilə bağlı bağlı geniş məlumat veriləcək. Başqa sözlə, elektron hökumət portalında şəxsi kabinetdə şəxsə bütün məlumatlar, hərbi, səhiyyə və digər məlumatlar cəmləşəcək. Yalnız vətəndaş icazə verdikdən sonra “Asan Finans” layihəsindən istifadə etmək istəyən hər hansı maliyyə təşkilatı o şəxsi kabinetdəki məlumatla tanış ola biləcək”.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08