Yenidən onkoloji xəstəliyə tutulan əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.
Lent.az-ın məlumatına görə, bu barədə “Toppuş bacı” sosial şəbəkədə açıqlayıb. O bildirib ki, bu gün kimyaterapiya ediləcək: “Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın”.
Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi:
“Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastaz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmənnasız ediləcək”.