1283
21:31
14 May 2019

Gürcüstan XİN: Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib

Gürcüstan Xarici İşlər Nazirliyi sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçirilən iclasına dair bəyanat yayıb.

ONA -nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə tərəflər sərhədlərin delimitasiyası istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər.

Bildirilib ki, artıq həmin komissiya sərhədlərin delimitasiyasının 2/3-ni həyata keçirib. Tərəflər prosesin strateji tərəfdaşlıq ruhu çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, danışıqlarkonstruktiv yanaşma ilə qonşuluq əlaqələri çərçivəsində həll olunmalıdır.