![[b]Bu istiqamətdə yolun yenidən qurulması davam edir[/b]](https://lent.az/storage/news/2019/may/13/big/421d8aa5f5820ada6e6f859ed9521108.jpg)
[b]Bu istiqamətdə yolun yenidən qurulması davam edir[/b]
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocəsən-Lökbatan yolunun 12 km-lik hissəsinin bərpası işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, sözügedən yol I texniki dərəcəli olmaqla, 4 hərəkət zolaqlıdır.
Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir.
Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.
Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər daha sonra hamarlayıcı lay asfalt-beton örtüyü düşənməklə profilə salınıb.
Tikinti norma və qaydalarına əsasən Xocəsən-Lökbatan avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Asfaltlanma işləri bitən ərazilərdə çiyin hissələr optimal qum-çınqıl qarışığı verilməklə bərkidilməsi işləri də görülür.
Ümumilikdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
Bundan başqa yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq və kənarlarına 3 min paqon-metr yeni səki daşı düzüləcək.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45