![[b]Azərbaycan və Türkiyə arasında imtiyazlı ticarət əlaqələri yaradılacaq[/b]](https://lent.az/storage/news/2019/may/06/big/f4f330c0dcfb3bad75e269fbe912f513.jpg)
[b]Azərbaycan və Türkiyə arasında imtiyazlı ticarət əlaqələri yaradılacaq[/b]
Azərbaycanla Türkiyə arasında imtiyazlı ticarət əlaqələrinin yaradılması ilə bağlı hər iki tərəfdən aparılan müzakirələr bitmək üzrədir. Bunu ONA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfirin sözlərinə görə, qeyd olunan məsələyə dair nəticələr tərəflərin yekun görüşlərindən sonra bəlli olacaq.
"Bir-iki xırda məsələ qalıb ki, onların da müzakirəsi bitmək üzrədir", - deyə E. Özoral qeyd edib.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində imtiyazlı ticarət sazişinin imzalanması ilə bağlı iki ölkə arasında anlaşma memorandumu imzalanmışdır. Ötən ilin aprel ayında isə hökumətlərarası güzəştli ticarət haqqında sazişin müzakirəsi barədə anlaşma memorandumu imzalandı.
Türkiyə ilə Azərbaycan arasında imtiyazlı ticarət əlaqələri malların qarşılıqlı çatdırılması ilə bağlı gömrük rüsumlarının endirilməsini nəzərdə tutur.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45