
® Azərbaycan Beynəlxalq Bankının “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi
Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib. Şöbə bundan sonra fəaliyyətini İsmayıllı rayonu, Mirzə Fətəli Axundzadə küçəsi - 18 ünvanında davam etdirəcək.
Ofis geniş ərazidə yerləşir. Bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunub. Burada müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. İsmayıllı şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.
Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsinin bundan sonra da davam etdiriləcəyini bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Yenilənmə tədbirlərimiz ən ucqar xidmət ofislərimizi də əhatə edəcək. Hazırda bir çox filial və şöbələrimizdə bu layihə uğurla davam etdirilir. Məqsədimiz müştərilərimizin layiq olduqları ən yüksək xidməti onlar üçün təmin etməkdir. Ümid edirik ki, müştərilərimiz yenilənmiş İsmayıllı şöbəmizdəki şəraitdən məmnun qalacaqlar. Bankımız müştərilərə təqdim etdiyi çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə bu regionun sosial-iqtisadi inkişafında fəal rol oynayacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00