<b>Təranə Qumral Nazəninə uduzdu </b>
03 may 2019 19:47 (UTC +04:00)

Təranə Qumral Nazəninə uduzdu

İllərdir qalmaqal yaşayan müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi başa çatıb. 

 

Lent.az-ın məlumatına görə, bu barədə T.Qumral Təranə "Hər şey daxil" verilişində danışıb:


"Deyirlər ki, mən şikayət etmişəm. Heç bir məhkəməyə şikayət ərizəsi verməmişəm. Bütün şikayətləri qarşı tərəf edib. Nərimanov məhkəməsində qərar çıxdı. Mən üzr istəmədiyim üçün cərimə olaraq onlara 4 min pul ödəyəcəm. Qarşı tərəf qərarla razılaşmadı və Apelyasiya Məhkəməsinə müraciət etdi. Orda da qərar qüvvədə saxlanıldı. Sonra verdilər Ali Məhkəməyə. Yenə də qərar qüvvədə qaldı. Qərar icraya göndərildikdən sonra gedib 4 min manatımı ödəyəcəm".

Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal ANS kanalında Rövşanə Ağasəfqızının proqramında yaşanmışdı. 

# 1689
avatar

Oxşar yazılar