294
12:30
03 May 2019

Azərbaycan Prezidenti Braziliya Milli Konqresi Deputatlar Palatası sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı yüksək səviyyəli səfərlərin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini deyib. Prezident İlham Əliyev Braziliya nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərindən məmnunluğunu bildirərək iqtisadi, sərmayə qoyuluşu, turizm, mədəniyyət, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Rodriqo Maya qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib.
Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub.
10:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.