
“Azərbaycan bizim strateji tərəfdaşımızdır” - Gürcüstan XİN
Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz bu məsələyə yüksək həssaslıq və ehtiyatla yanaırıq.
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yaxın vaxtlarda sərhəd xəttinin demarkasiyası üzrə komissiya öz fəaliyyətinə davam edəcək:
“Bu müddət ərzində mən azərbaycanlı həmkarımla daimi əlaqədə olmuşam. Biz Azərbaycan tərəfi ilə komissiyanın fəaliyyətinin yaxın gələcəkdə yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.
Məbəd ətrafındakı yolların bağlanması ehtimalı ilə əlaqəli suala cavab verən gürcü nazir bildirib ki, bu istiqamətdə müzakirələr davam etdiriləcək və bu müddət ərzində mövcud təcrübədən istifadə olunacaq.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48