![[b]Fermerlərə ŞAD XƏBƏR: məhsulları sığortalaya biləcəklər[/b]](https://lent.az/storage/news/2019/april/27/big/4462de274066f377f4246b12cb58fa00.jpg)
[b]Fermerlərə ŞAD XƏBƏR: məhsulları sığortalaya biləcəklər[/b]
“Yeni qanun layihəsində fermerlər üçün ən böyük risklərdən sayılan yoluxucu xəstəliklər və zəhərlənmələr aqrar sığortada təminat verilən risklər çərçivəsində qiymətləndiriləcək. Yəni aqrar sığorta üzrə təminat verilən risklər genişləndirilir”.
ONA-nın məlumatına görə, bunu “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Nazir müavini deyib ki, sığorta şirkətlərinin aqrar sığorta sahəsinə marağını artırmağa ehtiyac var. Onun sözlərinə görə, bu səbəbdən aqrar sığorta orqanı ilə birlikdə bu orqanla bağlı idarəedici funksiyasını həyata keçirəcək qurum yaradılacaq. Həmin idarəedici qurum da ölkəmizdə sığorta sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin bərabər səhmlərlə çıxış edəcəyi bir qurum olacaq. Beləliklə, aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığı formalaşdırılacaq:
“Bu vasitə ilə tətbiq edilən müştərək sığorta mexanizmi ilə aqrar sahədə sığortanın artıq bundan sonra işlək ola biləcəyini düşünürük. Baş verən sığorta hadisələrinin bilavasitə əldə edilməsi, təsdiqlənməsi, bu barədə məlumatların aidiyyəti qurumlardan avtomatik olaraq alınması və fermerlərlə bağlanan müqavilələrin avtomatlaşdırılmış hala gətirilməsi, bu sahədə kompleks analiz və təhlillərin aparılması üçün informasiya sisteminə mütləq ehtiyac vardı. Qanunda yaradılması nəzərdə tutulan aqrar sığorta informasiya sistemi məhz aqrar sığorta sahəsində proseslərin elektronlaşdırılmasına, daha əlçatan və asan həyata keçirilməsinə səbəb olacaq”.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31