2868
16:20
26 Aprel 2019

Nadir oğluna toy etdi - Gəlin uzaq qohumudur - FOTOLAR

Müğənni Nadir Bayramlı ötən gün oğlu İmana toy edib.

Lent.az -ın məlumatına görə, ifaçı oğlunun xeyir işinə şou-biznesin bir çox tanınmış simalarını çağırıb.

Gecədə iştirak edən məşhurlar orada çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşıblar.

Xatırladaq ki, N.Bayramlının oğlunun nişan mərasimi ötən ayın 29-da olub. İfaçı həmin gün açıqlamasında bu sözləri demişdi:

“Oğlumun ailə quracağı xanım uzaq qohumdur. Bu işdə övladımın üzərinə getməyi sevmirəm. Sadəcə, təklif edirəm, seçimi özünə baxıram. Bu, ciddi işdir. Boşanmaq faciədir. Ona görə də mən ailə qurmaq işinə qarışmıram. Amma ata-ana razılığı, xeyir duası olmalıdır. Ailə quracağı xanımın adı da Güneldir”.

Qeyd edək ki, Nadir Bayramlının oğlu İman da musiqiçidir.