![[b]“Yenilik bir diktorun verilişi ayaqüstə, digərinin oturub aparması deyil” - Siyavuş Novruzov[/b]](https://lent.az/storage/news/2019/april/23/big/f2ede74b6d506f0424d94c3ecb820328.jpg)
[b]“Yenilik bir diktorun verilişi ayaqüstə, digərinin oturub aparması deyil” - Siyavuş Novruzov[/b]
“Özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S.Novruzov deyib ki, İctimai Televiziya fərqli bir formatdır və bu telekanalda yeniliklər olmalıdır: “Yenilik bir diktorun verilişi ayaq üstə, digərinin oturub aparması deyil. İctimai Televiziyada milli-mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır. Yenilik milli-mənəvi, səhiyyə, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır. Köhnə təcrübədən və yenilərin enerjisindən istifadə etməklə cəmiyyətə normal proqramlar təqdim olunmalıdır”.
Deputat Aqil Abbas bildirib ki, yenilər köhnələrin haqqını tapdamamalıdır: “Bəzən nazir dəyişir, ondan 15 il əvvəl işləyənin əməyi yada salınmır. İctimai Televiziyada da əməyi olan insanlar olub”.
Millət vəkili özəl telekanallarda dərmanların, həkimlərin reklamının yolverilməz olduğunu vurğulayıb: “İctimai Televiziya hər zaman milli-mənəvi dəyələrə üstünlük verib. Arada bir az qırılma oldu, indi düzəlir”.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48