3451
17:50
17 Aprel 2019

Nazpərinin qardaşı qızından ŞOK SÖZLƏR: “Atam mənə təcavüz etdi”

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva sosial şəbəkədə şok açıqlama verib.

Lent.az -ın məlumatına görə, P.Dostəliyeva bibiləri və atası barədə inanılmaz sözlər deyib: “İllər əvvəl paylaşa bilmədiyim dərdimi danışmağa qərar verdim. Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim, 24 yaşımda məşhur olardım. İstedadım var idi. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb. Anamı bədbəxt edib, küçələrə saldılar”.