
“Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, mərasim Ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası və Dövlət Bayrağının meydana gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin rəmzi qaydada təqdimetmə mərasimi keçirilib.
Tədbirdə hərbi hissənin komandanlığı tərəfindən ehtiyata buraxılan şəxsi heyətə təbriklər çatdırılıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verilib və onlara gələcək xidmətlərində uğurlar, qələbə sevinci arzulanıb.
Yolasalma mərasimi xidmətdə fərqlənmiş və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların komandanlığın əmri ilə mükafatlandırılması və onlara qiymətli hədiyyələrin təqdim edilməsi ilə sona çatıb.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16