1175
09:28
16 Aprel 2019

Daha bir müğənnimiz qohumu ilə ailə qurdu - TOYDAN FOTOLAR

Ötən gün azərbaycanlı müğənni Əhməd Mustafayevin toyu olub. Lent.az -ın məlumatına görə, ifaçı Səbinə adlı xanımla nikah masasına əyləşib. Paytaxt məkanlarının birində keçirilən toya Əhmədin yaxın dostları qatılıb. Gecəyə dəvət olunan məşhurlar musiqi hədiyyələrini təqdim edib və oynayıblar. Ən yadda qalan məqamlardan biri isə bəyin xanımına mahnı oxuması olub.

Qeyd edək ki, Əhməd öz əmisi qızı ilə evlənib. Cütlüyün nişanı ötən il olmuşdu.

Toydan fotoları təqdim edirik: