
Rəşad “Space”dəki söyüşlə bağlı ilk dəfə DANIŞDI
Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.
Müğənni bunları deyib:
“Hər şey göz önündədi. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat çıxdı ictimayət içərisinə. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “düdtlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.
Rəşad mikrofunu açdırma məsələsinə toxunub:
“Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orda dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.
Qeyd edək ki, “Space”də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyan zaman Rəşadla birlikdə qeyri-etik ifadələr işlədiblər.
(axşam.az)
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32