757
19:04
15 Aprel 2019

"İlhamə Quliyeva məni təhqir edirdi" - Brilliant DİLƏ GƏLDİ - VİDEO

“Mərhum İlhamə Quliyeva məni təhqir edirdi. Nə qədər söz atırdı. Mən onu sevdiyim halda, o, məni aşağılayırdı. Amma mən bir dəfə də olsun cavab vermirdim. Maqazin proqramları mənə sual verirdi, cavab vermirdim. Mənim bu hərəkətimə baxıb dərs götürən olmadı? Mənim bu hərəkətimdən örnək götürməli idilər. İndi Flora Kərimovaya qarşı edilən hörmətsizliyə baxıram. Arxalı köpək qurd basar. İndi 1-2 nəfər var, arxalarına arxalanıb özündən böyüyə cavab verirlər. Bu, düzgün deyil”.

Qeyd edək ki, Brilliant Dadaova həmkarı Flora Kərimova ilə müğənni Afət Fərmaqızının qalmaqalına münasibət bildirmiş, F.Kərimovanı müdafiə etmişdi.