
Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edildi
Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.
ONA-nın məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən, Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti ləğv edilib.
Qeyd edək ki, bu dəyişiklik “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli qanunun icrası ilə əlaqədar edilib. Qanuna edilən dəyişikliyə əsasən, Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək Bankın Müşahidə Şurasının səlahiyyətləri sırasına daxil edilib.
Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15