Ali Hərbi Məktəbin kursantları döyüş atışları icra edib - FOTO - VİDEO
“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.
920