
"Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?” - Məmmədyarov erməni jurnalisti yerində oturtdu
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında iştirak etmiş xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçarkən təyyarədə ayaqüstü erməni jurnalistlərinin suallarını cavablandırıb.
ONA-nın məlumatına görə, jurnalist “Niyə siz sülh barədə danışırsınız lakin fəaliyyətiniz əksini göstərir,” sualına belə cavab verib: “Cavab çox sadədir. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal olunub. Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?”
Erməni jurnalist daha sonra Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edib.
“Bəs, niyə oranın adı Qarabağdır? Bu, Azərbaycan sözüdür”,- deyə nazir cavab verib və bu sözün rus dilində “Черный сад” olduğunu açıqlayıb.
Elmar Məmmədyarov həmçinin digər jurnalistin 2016-cı il aprel döyüşləri barədə sualını cavablandırıb. “Bu, bir daha göstərdi ki, sülh bu regiona hələ gəlməyib. Ona görə də biz həmişə deyirik ki, ordular geri çəkilməlidir. Bu, sülh yolu ilə həllə nail olmağın yeganə yoludur. Sülh yolu ilə nizamlanmanın yeganə problemi hərbiçilərdir. Konkret bu halda Ermənistan ordusunun Azərbaycanda ərazisindən geri çəkilməsi tamamilə fərqli mühit yarada bilər. Bu, hər iki xalqa sülh şəraitində yaşamaq imkanı yaradır”.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07