1733
16:33
03 Aprel 2019

Biznesmenlə ailə quran müğənnimizin XINAYAXDISINDAN ÖZƏL FOTOLAR

Bu gün azərbaycanlı müğənni Leyla Ramazanlının xınayaxdı mərasimi baş tutub. Hazırda keçirilən xınayaxdısından Lent.az -a açıqlama verən ifaçı bildirib ki, bu gününə şou-biznesdə olan rəfiqələrini çağırmayıb:

“Bu gün xınayaxdıma yalnız yaxın rəfiqələrimi çağırmışam. Demək olar ki, şou-biznesdən çox adam çağırmamışam. 7 ildir ki, sevdiyim şəxslə ailə qururam. Özünün şəxsi biznesi var. Mənim də 5 klipimin rejissoru olub. Sənətimə, özümə dəstəkdir. O, məni, mən onu sevirəm. İnşallah, aprelin 12-də toyumuz olacaq. Allah hamını xoşbəxt eləsin”.

Qeyd edək ki, 1988-ci ildə anadan olan L.Ramazanlı 1985-ci il təvəllüdlü Kamran Aydınovla ailə qurur.