378
18:23
02 Aprel 2019

Oyunqabağı “Yuventus”da ciddi itkilər - 9 futbolçu...

İtaliyanın “Yuventus” futbol klubunun heyətində ciddi itkilər var.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə xarici KİV-də məlumat dərc edilib.
Məlumata görə, Turin təmsilçisi İtaliya çempionatının XXX turunda “Kalyari” ilə qarşılaşma öncəsi ciddi itkilərlə üzləşib. Belə ki, “Yuventus”un 9 futbolçusu yaşıl meydanlardan kənarda qalacaq. Klubun ehtiyat qapıçısı Mattia Perin, müdafiə xəttində Andrea Barzayli, Leonardo Spinazzola, yarımmüdafiəçilər Sami Xedira, Duqlas Kosta, Xuan Kuadrado, hücumçu Mario Mandzukiç, Paulo Dibala və Kriştiano Ronaldo zədə səbəbindən bu görüşdə meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, “Yuventus” klubu 29 turdan sonra 78 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi “Napoli” 63 xalla ikincidir.