Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.
![[b]XİN: Ermənistan rəhbərliyinin son bəyanatları...[/b]](https://lent.az/storage/news/2019/april/02/big/edc518985fed78f685eb564609a3b3f9.jpg)
[b]XİN: Ermənistan rəhbərliyinin son bəyanatları...[/b]
0
0
Bu barədə ONA-ya XİN-dən məlumat verilib. Bildirilir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.
0
0