392
19:19
01 Aprel 2019

Uşaqlar üçün sərgi və tamaşa olacaq

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş uşaq kitab sərgisi açılacaq.

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasından Lent.az -a verilən məlumata görə, kitabxananın təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində H.X.Andersenin “Qar Kraliçası” tamaşası da təqdim olunacaq.

Tədbirin keçirilməsində məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə maraq oyatmaqdır.