309
14:44
01 Aprel 2019

“Borussiya” FİFA-ya şikayət edəcək - Bu komandadan

“Borussiya” (Dortmund) klubu “Mançester Yunayted”dən FİFA-ya şikayət edəcək.
Lent.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Dotmund təmsilçisi “Mançester Yunayted”i futbolçusu Ceydon Sanço ilə icazəsiz danışıqlar apardığı üçün FİFA-ya şikayət edəcək.
“Qırmızı şeytanlar”ın rəhbərliyinin ingilis futbolçuyla telefon danışıqları apardığı və onun meneceriylə Dortmund şəhərində görüş keçirdiyi bildirilib.
İngiltərə mətbuatı bir müddət əvvəl Sançonun “Mançester Yunayted”ə transfer olacağını iddia edib.