366
12:02
28 Mart 2019

Hazard "Real"la ANLAŞDI - Maaşı bu qədər olacaq

"Çelsi"nin və Belçika millisinin üzvü Eden Hazard "Real"a keçməyə hazırlaşır.
Lent.az fanat.az-a istinadla xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçi artıq "Kral Klubu" ilə anlaşma əldə edib.
"Real" 28 yaşlı oyunçuya illik 15 milyon avro maaş verəcək. Madrid klubunun London təmsilçisinə təxminən 100 milyon avro təzminat ödəyəcəyi deyilir.