369
19:09
27 Mart 2019

Azərbaycan-Hollandiya yığmalarının oyununun hakimləri açıqlandı

19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil edilən Avropa çempionatının əsas mərhələsində Azərbaycan və Hollandiya yığmalarının iştirakı ilə martın 28-də keçiriləcək oyunun hakimləri açıqlanıb.
Lent.azAzərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Sloveniyanın Podçetrtek İdman Sarayında keçiriləcək oyunu Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya) idarə edəcək.