441
21:53
25 Mart 2019

Göyçayda avtomobil alışdı

Göyçay rayonunda minik avtomobili yanıb.
ONA -nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini Samir Şirinova məxsus "VAZ 21099" markalı minik maşını yol kənarında dayandığı zaman qəfildən alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.