506
16:07
25 Mart 2019

“Safat – Teatr” “Məna axtarışına” çıxıb

Rus Dram Teatrının rejissoru, bu yaxınlarda öz teatrını yaratmış İlqar Safat yeni teatrla ilk qastrola hazırlaşır. “Safat- Teatr”ı MDB ölkələrinin Rusiyada keçirilən “Rusiyada görüş” adlı XXI Beynəlxalq Teatr festivalında iştirak edəcək. Teatrdan Lent.az -a verilən məlumata görə kollektiv festivalda İsrail yazıçısı İdo Netanyaxonun “Məna axtarışında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə təmsil olunacaq.