![[b]Azərbaycanın müdafiə naziri pakistanlı həmkarı ilə görüşüb[/b]](https://lent.az/storage/news/2019/march/22/big/e1c88be156c63c6d50b62fc9bdfe442d.jpg)
[b]Azərbaycanın müdafiə naziri pakistanlı həmkarı ilə görüşüb[/b]
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının Müdafiə naziri cənab Pervez Xattaq arasında görüş keçirilib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Verilən xəbərə görə, P.Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45