1168
12:41
21 Mart 2019

Təranə "qara siyahı"dan çıxdı - FOTOLENT

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) və müğənni Təranə Qumral barışıb.

Təranə və Musa Musayev Tolikin "Hər şey daxil" verilişinin bayram buraxılışında yer alıblar. Onlar barışdıqlarını efirdə nümayiş etdiriblər.

Qeyd edək ki, Yeni il ərəfəsində Təranə ilə Tolik çəkiliş zamanı dava etmişdi. Verilişə çəkiliş üçün gələn Nazənin Təranənin studiyada olduğu eşidib başqa məkanda onun getməsini gözləyib. Bundan xəbər tutan Təranə isə oxuyub bitirsə də, studiyadan getməyəcəyini deyib və dava edib.

"Xəzər" telekanalının mühafizəçiləri Təranəni studiyadan güclə çıxarıblar. Həmin hadisədən sonra ifaçı kanalda "qara siyahı"ya düşüb.

(axsam.az)