388
17:29
16 Mart 2019

Əli Kərimlinin qaynı əfv olunub

"Texnikabank" ASC-nin Yasamal filialınınsabiqmüdir müaviniElnur Seyidov əfv olunub.

ONA -nın məlumatına görə, onun adı Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında yer alıb.

Qeyd edək ki,Elnur Seyidov 2012-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrum edib.

E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.