560
15:48
16 Mart 2019

Fatimə "ailə dağıtdığı" deyilən Ayselə DƏSTƏK ÇIXDI

Rəqqasə Fatimə Fətəliyeva “Ailə dağıtdığı” deyilən müğənni Aysel Əlizadəyə dəstək çıxıb.

Lent.az -ın məlumatına görə, rəqqasə rəfiqəsi Aysel barəsində bu sözləri deyib:

"İllərdir səni tanıyıram və necə olduğunu bilirəm.Ən əsası qəlbinə bələdəm. İnşallah, bu qara xətt tez bir zamanda sənin üstündən keçər. Kiminsə şəxsi həyatına qarışmağa haqqımız yoxdur. Düşünün ki, o, Azərbaycan qızıdır. Bu qədər də zərbə vurmaq olmaz. Kiminsə şəxsi həyatını ortaya çıxarmağa haqqımız yoxdur. Biz şou-biznesin içində ola bilərik, amma bizim də özəlimiz var.


Onun da özəlini bilmirik. Hansı haqla kimisə yarqılayırıq. Evi, maşını var, kimə nə? Bu xanım sənət adamıdır, ala bilməz? Mütlək nəsə olmalıdır? Əl çəkin bu qızdan. Ən əsası qızın psixologiyasını, ailəsinidüşünün.O da kiminsə övladıdır. Yetər. Sənət adamları, məncə, belə söhbətlərdə bir olmalıyıq".

Qeyd edək ki, “Səni axtarıram” verilişinə qatılan Turanə adlı xanım 13 illik ailəsini Ayselin dağıtdığını bildirib. O, övladını məhkəmənin ona verdiyini, amma ərinin onun əlindən aldığını söyləyib.

48 yaşlı Elçinin avtosalonları var və tikinti işi ilə məşğuldur.