333
09:10
16 Mart 2019

Merin evi qarət olundu

İspaniya paytaxtının xanım meri Manuela Karmenanın evi qarət edilib.
ONA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Seqovya əyalətinin San-Rafael qəsəbəsində baş verib.
Madrid merinin evini qarət etməkdə şübhəli bilinən iki nəfər – bir qadınla kişi artıq həbs olunub. Bildirilir ki, onlar Qudilyos və San-Rafael qəsəbələrində silsilə oğurluqlar törədiblər. Həmin evlərdən biri də Madrid rəhbərinin evi olub.
Oğurluq nəticəsində 75 yaşlı merə xeyli ziyanın dəydiyi deyilir. Oğurlanmış əşyaların böyük qismi isə polis tərəfindən tapılıb.