465
14:35
15 Mart 2019

Yolu keçən ata və oğulun avtomobillə VURULMA ANININ VİDEOSU

Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.
ONA -nın yerli bürosu həmin görüntüləri əldə edib. Video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan “VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.
Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.