Cahangir Əsgərov  daha bir vəzifədən  AZAD EDİLDİ
08 aprel 2024 12:21 (UTC +04:00)

Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLDİ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.

Lent.az xəbər verir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.

Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.

# 2511
avatar

Fidan İlqar

Oxşar yazılar