
Azərbaycan Beynəlxalq Bankı hökumət ödənişlərini mobil əlavəsinə daxil edib
Azərbaycan Beynəlxalq Bankı “IBAm” mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib. Bankdan ONA-ya verilən məlumata görə “IBAm” ən çox hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi “IBAm” istifadəçiləri cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini “IBAm” vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.
Bankının pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərovun sözlərinə görə, “IBAm” mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu.
“Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”, - deyə E. Cəfərov qeyd edib.
“IBAm” vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. “IBAm” istifadəçiləri bütün bunlardan əlavə, göstərilən bir çox imkanlardan faydalana bilərlər. Bura kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması, kartların bloklaşdırılması və blokdan çıxarılması, müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr, ölkə daxili hesablararası köçürmələr və s. Daxildir.
“iOS” və “Android” istifadəçiləri “IBAm” mobil əlavəsini həm “AppStore”, həm də “Google Play”dən yükləyə bilərlər.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06