Stilist Samiraldo ( Samir Əliyev ) xalq artisti Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb.
Lent.az-ın məlumatına görə, imic ustası sosial şəbəkədəki səhifəsində video paylaşaraq, bu sözləri deyib: “Azərbaycanımızın bir əfsanəvi müğənnisi var. O da Zeynəb Xanlarovadır. O, nə deyirsə, düz deyir. Çünki gözəl insandır. O, əfsanədir. Onun kimi insan heç zaman həyata gəlməyib, bir də gəlməyəcək. Çünki o, həm dünənin, həm bu günün, həm də sabahındır. O, həmişə xalqın yanında olub. Amma bəzi ürək bulandıran insanlara demək istəyirəm ki, işinizlə məşğul olun”.
Qeyd edək ki, Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü zamanı xalq artisti Zeynəb Xanlarovanın səsləndirdiyi fikirlər sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu.